Author - admin

Kabel Alarkən Nələrə Diqqət Etməli?

Azərbaycanda ölkə istehsalından əlavə bir çox dövlətlərden kabel gətirilərək bazara çıxarılır. Kabellərdən hər yerdə istifadə olunduğu üçün onun keyfiyyət gostəriciləri ən mühüm məsələdir. Əgər istifadə etdiyiniz kabel keyfiyyətsiz olarsa çox ağır fəsadlara gətirib çixara bilər. Keyfiyyətsiz kabel çox həssas olduğu üçün cüzi əziklər belə qısaqapanmaya gətirib çıxara bilir və buda sizin evinizdən və ya işinizdən məhrum edə bilər.Kabellərin texniki olaraq müəyyən elektrik standartları daxilinde çıxarılması gərəksə belə yoxlamalar  hər zaman kifayət etməyə bilər.Keyfiyyətli kabeli anlamaq üçün edə biləcəyiniz bir neçə sadə [...]

Maykl Faradey

İngilis fiziki və kimyaçısı, London “Kral cəmiyyəti”nin üzvü 1791-ci il sentyabrın 22-də London şəhəri yaxınlığındakı Nyuinqton-Batts qəsəbəsində anadan olub. Ailəsinin ehtiyac içində olması səbəbindən 13 yaşından etibarən London kitab mağazalarının birində kuryer, daha sonra kitab cildləyicisi işləməyə başlayıb. Sistematik təhsil ala bilməsə də işlədiyi kitabxanada elmi kitabların çoxluğundan istifadə edərək biliyini artırıb və müxtəlif təcrübələr aparıb. Tanınmış fizik və kimyaçı Hampri Devinin “Kral institutu”nda oxuduğu mühazirələri dinləyib. Alimin dörd mühazirəsini dəqiqliklə köçürərək onları işə götürülmə xahişi ilə birgə Deviyə göndərib. 1813-cü ildə Devi [...]

Elektrik Enerjisinə Necə Qənaət Etməli?

İşıqlanmada 100, 75, 60 və 40 Vattlıq gözərmə lampalarını 25 Vt və daha aşağı vattlıq LED (diod) lampaları əvəz edin. Bilin ki, lampaların dəyişdirilməsinə bir dəfə vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizə qədər qənaət etmək olar. Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasına gətirib çıxarır. Deməli, bu dəyişiklik həm ailə büdcəsi , həm də ailə üzvlərinin saglamlığı üçün sərfəli [...]

James Clerk Maxwell

Ceyms Maksvell, müasir dövrdə elektrik enerjisinin əldə olunması üçün istifadə etdiyimiz üsulların banisi olan tanınmış dahi fizikdir. Həmçinin Eynşteynin iş otağının divarında onun şəklini asdığı da məlumdur.  O, Klerklər nəslindən olan şotland əsilli zadəgan ailəsində anadan olmuşdur. Əvvəlcə Edinburq (1847 -1850), daha sonra Kembric universitetlərində təhsil almışdır. 1855-ci ildə Triniti-kollecinin elmi şurasının üzvü seçilmişdir. 1856-1860-cı illərdə Aberdin universitetinin Marişal kollecinin professoru, 1860-cı ildən isə London universitetinin Kinqz kollecinin fizika və astronomiya kafedrasına rəhbərlik etmişdir. 1865-ci ildə ciddi xəstəliklə əlaqədar [...]

Andre Mari Amper

Andre Mari Amper— məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq “elektrik cərəyanı” anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Dalamerin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır. Bu illər ərzində Amper öz sahəsində bir sıra tədqiqatlar [...]

Alessandro Volta

Alessandro Volta italiyanca tam adı Alessandro Giuseppe Antonio Anastasio Grafvon Volta) — batareyanın ixtiraçısı kimi tanınan məşhur italyan  fizikidir. O, Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır. tutumunu ölçmək üçün elektroskopu ixtira edir. Burada o gərginlik məhvumunu daxil edir. Kondensatora verilmiş gərginlik və yük arasındakı mütənasibliyi də o təsvir etmişdi. Voltanın ən böyük ixtirası 1800-ci ildə „Volt sütunu” olmuşdur. Bu ilk işlək Volt isveçrənin yaxınlığında yerləşən Komo baterya idi. Bu sütun bir birini üzərinə yığılmış mis və şəhərində varlı bir [...]

Thomas Alva Edison

Tomas Alva Edison (11 fevral 1847 Ohayo, ABŞ – 18 oktyabr 1931, Vesti Orang,Nyu Cersi,  ABŞ) — dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində “alo” deyilməyə başlanmışdır.   Həyatı Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması “kütbeyin” adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı [...]

Nikola Tesla

Nikola Tesla 10 iyul 1856-cı ildə Avstriya İmperiyasının Smilyan kəndində (hal-hazırda Xorvatiya) Serb ailəsində dünyaya gəlib. Onun atası Milutin Tesla Ortodoks keşiş idi . Teslanın anası Duka Tesla Serb epik poemalarını əzbərləmək bacarığına, mexaniki cihazlar və ev işi vasitələri hazırlamaq kimi istedadlara malik idi. Duka heç vaxt rəsmi təhsil almamışdı. Tesla eidetik yaddaşın və kreativ bacarıqların ona anasından keçdiyinə inanırdı.Teslanın ulu-babası Montenoqronun yaxınlığından — qərbi Serbiyadan idi. Tesla beş uşaqdan dördüncüsü idi. Onun özündən yaşca böyük Deyn adlı bir qardaşı və Milka , Anjelina və Marika adlı [...]

Kabellərin növləri

Kanal səviyyəsinin protokolları kabelin uyğun tipləri ilə əlaqələndirilirlər. Bu protokollar həm də kabel seqmentinin maksimal uzunluğunu müəyyən edirlər. Sizin kompüter şəbəkəniz üçün daha çox uyğun gələn protokolu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, hansı müvafiq kabel tipi istifadə edilməlidir və o, sizin şəbəkə qurduğunuz yer üçün nə qədər uyğun gəlir. Bundan başqa, bu tip kabelin və onunla əlaqəli komponentlərin – şəbəkə platalarının, konnektorların dəyərini, həmçinin bütün bu komponentlərin quraşdırılması üzrə işlərin tələb olunan həcmini nəzərə almaq lazımdır. Həmçinin müəyyən etmək lazımdır [...]

Kabelin ixtirası

Kabel, ilk olaraq yüngül kabel olaraq istifadə olunmağa başladı. Tarixin 1842-ci ili göstərdiyi zamanlarda ixtira edilməsi ilə təkmilləşdirilməyə başlanmışdır. İlk dəfə 1884-cü ildə Collandon tərəfindən hazırlanan bir məqalədə kabellər barədə məlumatlar öz əksini tapmışdır. Bəs kabel necə ixtira olundu? Ümumiyyətlə rabitədə “işıq sistemi” çox qədim zamanlardan istifadə olunur. Buna ilk örnəyi qızıldərililərin yanan ocaqların dumanı vasitəsilə xəbərləşməsini örnək göstərmək olar. 18ci əsrin sonlarına baxdığımızda  isə Avropa ölkələrində semofer adı verilən işarə siqnallarından istifadə olunaraq optik telegraf sistemi istifadə olunmağa başlanmışdır. İşıq sistemini [...]