Kabel Alarkən Nələrə Diqqət Etməli?

Kabel Alarkən Nələrə Diqqət Etməli?

Azərbaycanda ölkə istehsalından əlavə bir çox dövlətlərden kabel gətirilərək bazara çıxarılır. Kabellərdən hər yerdə istifadə olunduğu üçün
onun keyfiyyət gostəriciləri ən mühüm məsələdir. Əgər istifadə etdiyiniz kabel keyfiyyətsiz olarsa çox ağır fəsadlara gətirib çixara bilər. Keyfiyyətsiz kabel çox həssas olduğu üçün cüzi əziklər belə qısaqapanmaya gətirib çıxara bilir və buda sizin evinizdən və ya işinizdən məhrum edə bilər.Kabellərin texniki olaraq müəyyən elektrik standartları daxilinde çıxarılması gərəksə belə yoxlamalar  hər zaman kifayət etməyə bilər.Keyfiyyətli kabeli
anlamaq üçün edə biləcəyiniz bir neçə sadə əməliyyatı sizlərlə paylaşmaq istəyirik. Bu əməliyyatlar hər zaman kafi olmasa belə size bir fikir verəcək.

1. Kabel Markalaması

Kabelin üzərində mütləq, 1 metrlik aralıqlarla, istehsalçi firma, kabel tipi, kesit məlumatı və istehsal standartı oxunaqlı şəkildə yazılı olmalıdır. Kabelin üzərində əgər bu məlumatlar mövcud deyilsə, əlinizdəki kabel keyfiyyətli kabel deyil.

2. Keçirici səthində qabarıq ve cızıq.

Kabelin izolyasiyasını soyduqda keçirici üzərində heç bir qabarıq və cızıq olmamalıdır. Qabarıqlar izolyasiyanı deşib qisaqapanma yaradır və kabelin
ömrünü azaldır.

3. Keçirici qaralması

Kabel paketindən çixarıldıqdan sonra düzgun şəkildə yığıla bilmir. Əgər kabel nəm və suya məruz qalsa keçiricidə qaralma baş verir. Qaralan
keçirici enerjini yaxşı ötürə bilmədiyi üçün siz tədricən enerji itkilərilə qarşılaşa bilərsiniz. Bunu önləmək üçün istehsalçı kabeli düzgün şəkildə
paketləməlidir.

4. Kabelin xarici görünüşü.

Kabelin xarici görünüşünə nəzər saldıqda hava qabarcıgı,qabarıqlıq və ya vizual olaraq narahatlıq yaradan heçbir görünüş olmamalıdır. Bunların
hamısı istehsal zamanı müxtəlif problemlərdən yaranır və böyük ehtimalla keyfiyyətsiz kabeldir.

5. İzolyasiya və keçirici qalınlıqları.

Kabelin izolyasiyasının qalınlıqları standarlar içində təyin olunan orta ve minimum keyfiyyət qalınlıqlarında olmalıdır. İzolyasiya materialının
istehsalında olan qenaet etmeler riski artırır və yangınlara səbəb olur. Bundan əlavə nazik izolyasiya aşınır və partlamalara səbəb olur.

social position

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *