Nikola Tesla

Nikola Tesla

Nikola Tesla 10 iyul 1856-cı ildə Avstriya İmperiyasının Smilyan kəndində (hal-hazırda Xorvatiya) Serb ailəsində dünyaya gəlib. Onun atası Milutin Tesla Ortodoks keşiş idi . Teslanın anası Duka Tesla Serb epik poemalarını əzbərləmək bacarığına, mexaniki cihazlar və ev işi vasitələri hazırlamaq kimi istedadlara malik idi. Duka heç vaxt rəsmi təhsil almamışdı. Tesla eidetik yaddaşın və kreativ bacarıqların ona anasından keçdiyinə
inanırdı.Teslanın ulu-babası Montenoqronun yaxınlığından — qərbi Serbiyadan idi.
Tesla beş uşaqdan dördüncüsü idi. Onun özündən yaşca böyük Deyn adlı bir qardaşı və
Milka , Anjelina və Marika adlı üç bacısı var idi. Teslanın beş yaşı olanda Deyn at yarışları
zamanı baş vermiş bədbəxt hadisə nəticəsində ölmüşdü. 1861-ci ildə Tesla Smilyanda
alman dili, hesab və dindən ilk təhsilini alıb. 1862-ci ildə Teslanın ailəsi Avstriya
imperiyasının Qospiç şəhərinə köçüb. Onun atası burada protestant keşişi kimi işləyirdi.
Nikola Real Gimnaziyaya qədər ilk təhsilini tamamladı.
1870-ci ildə Tesla təhsilini Ali Real Gimnaziyada davam etdirmək üçün
Xorvatiyanın Karlovas şəhərinə köçür. Ona bu gimnaziyada riyaziyyat müəllimi Martin
Sekuliç ciddi təsir edib.Tesla fikrində müəllimlərini yalan dediyini fikirləşməyə məcbur
edən inteqral hesablamaları yerinə yetirməyi bacarırdı. O dörd illik semestri üç ildə yəni,
1873-cü ildə bitirdi.
1873-cü ildə Tesla doğulduğu şəhərə—Smilyana qayıtdı. Qısa müddət ərzində burada
yaşayan Tesla vəba xəstəliyinə tutuldu. Tesla doqquz ay yataq xəstəsi oldu və neçə
dəfələrlə ölümün astanasından qayıtdı. Ümidsiz vəziyyətdə olan atası əgər oğlu xəstəliyə
qalib gələ bilsə, onu ən yaxşı mühəndislik məktəbinə göndərməyi özünə söz verdi
(əslində Teslanın atası oğlunun din xadimi olmasını istəyirdi)
1874-cü ildə Tesla Qraciaz şəhəri yaxınlığındakı Tominqaj kəndinə qaçmaqla,
Smilyanda Avstriya-Macarıstan Ordusuna çağırışdan yayınıb. Burada o ovçu libasında
dağlarda araşdırma aparıb. Tesla deyir ki, təbiətlə təmasda olmaq həm cismən, həm də
əqli cəhətdən onu daha güclü edib. O, Tomingajda olarkən çoxlu kitablar oxuyub,
sonralar qeyd edir ki, Mark Tvenin əsərləri ona öncəki xəstəlikdən sağalmağa möcüzəvi
şəkildə kömək edib.
1875-ci ildə Tesla Avstriyanın Qras şəhərində Hərbi sərhəd təqaüdü zamanı Qras Texnologiya
Universitetində təhsil alıb. Birinci il ərzində Tesla bütün mühazirələrdə iştirak edib, mümkün
ən yüksək qiymətləri qazanıb və doqquz imtahandan keçib (təxminən tələb olunandan iki dəfə
çox Hətta Teslanın atası texniki fakultənin dekanından təşəkkür məktubu da almışdı.
Məktubda qeyd edilirdi: "Sizin oğlunuz birinci dərəcəli ulduzdur." Tesla bəyan edir ki, o bazar
günləri və bayramlar istisna olmamaqla, günorta 3-dən axşam 11-ə kimi işləyirdi. 1879-cu ildə
atası öldükdən sonra, Tesla atasına professordan olan xəbərdarlıq məktublarını tapdı. Bu
xəbərdarlıqda deyilirdi: "Nə qədər ki , oğlunuz məktəbdən kənarlaşdırılmayıb, o həddən artıq
işləməkdən ölə bilər." Universitetin ikinci ilində Tesla Qramm maşınınında kollektorun lazım
olmadığını deyəndə bu məsələdə Professor Poesçl ilə mübahisəsi oldu. İkinci ilin sonunda
təqaüdü itirdi və qumar oyunlarına aludə oldu. Universitetin üçüncü ilində Tesla təhsil haqqı
pulunu və cib xərcliyini qumarda uduzdu. Sonradan o, qumarda ilk uduzduqlarını geri
qaytarıb və ailəsinin vəziyyətini nisbətən yaxşılaşdırıb. Tesla deyirdi ki, o bu ehtirasını fəth
edə bilib, ancaq sonralar Teslanın ABŞ-da bilyard oynaması məlumdur. İmtahan vaxtı
çatanda, Tesla hazırlıqsız idi, ona görə də hazırlaşması üçün möhlət istəyib, ancaq rədd
cavabı alıb. O heç vaxt sonuncu semestri uğurla başa vuraraq, universiteti bitirə bilmədi.
1878-ci ilin dekabrında Tesla Qras Universitetini tərk etdi və o universitetdən
kənarlaşdırılmaq faktını gizlətmək üçün ailəsi ilə bütün əlaqələri kəsdi. Onun dostları elə
fikirləşdi ki, o Mur çayında boğulub. Tesla Maribora (hal-hazırda Sloveniyanın ərazisidir) getdi
və ayda 60 florin məbləğində maaşla çertyojçu kimi işləməyə başladı. O boş vaxtlarını
küçələrdə yerli insanlarla kart oynamaqla keçirirdi1879-cu ilin martında Mulitin Tesla Maribora
getdi və oğluna evə dönməsi üçün yalvardı, ancaq Tesla evə dönməkdən imtina etdi. Tesla
təxminən həmin vaxtlarda əsəb xəstəliyindən əziyyət çəkirdi.

24 mart 1879-cu ildə Tesla yaşamaq icazəsi olmadığı üçün polis mühafizəsi altında Qospiçə
qayıtdı. 17 aprel 1879-cu ildə Mulitin Tesla naməlum xəstəliyə yoluxduqdan sonra , 60 yaşında
vəfat etdi (bəzi mənbələrdə insultdan öldüyü yazılır. Bu illər ərzində , Tesla Qospiçdə keçmiş
məktəbi olan Ali Real Gimnaziyada müəllimlik edib. [
1880-ci ilin yanvarında Teslanın dayılarından ikisi onun təhsil alması üçün Qospiçi tərk
edərək Praqada təhsil almasına kömək üçün lazım olan qədər pul ayırdılar. Təəssüf ki, O
Karlov Universitetinə sənədlərini vermək üçün gec gəlmişdi: O həm də burda əsas tələb
olunan Yunan və Çex dilini bilmirdi. Tesla bunları etdi, lakin dinləyici kimi universitetdə
mühazirələrdə iştirak etsə də, o bu kursu müvəffəqiyyətlə bitirə bilmədi.
1881-ci ildə Tesla Budapeşt Telefon Stansiyası teleqraf şirkətində Ferents Puşkaşın başçılığı
altında işləmək üçün Budapeştə köçdü. Bura gəldikdən sonra Tesla başa düşdü ki, şirkətin
quruluşu operativ deyil beləliklə, o Mərkəzi Teleqraf ofisinin yerinə çertyojçu kimi işlədi. Bir
neçə ay müddətində Budapeşt Telefon Stansiyası operativ oldu və Tesla baş elektrik
vəzifəsinə təyin edildi. İşlədiyi müddətdə Tesla Mərkəzi Stansiyaya avadanlıqlarının bir
çoxunda irəliləyişlər edib və heç vaxt patentləşdirilməyən, nə də açıq şəkildə adlandırılmayan
telefon təkrarlayıcısı və ya səsgücləndiricisi vasitələrini təkmilləşdirib.
Edison üçün işləməsi.
1882-ci ildə Tesla elektrik avadanlıqlarının təkmillədirilməsi və layihələndirilməsi üzrə
Fransada Kontinental Edison Şirkətində işləməyə başladı. 1884-cü ilin iyununda o Nyu-
Yorkayerini dəyişdi və Edison Maşınqayırma Zavodunda işləmək üçün Tomas
Edison tərəfindən işə götürüldü. Edison üçün Teslanın işi sadə elektrik mühəndisliyi ilə
başladı və tezliklə daha çətin problemlərin həlli səviyyəsinə kimi inkişaf etdi.
Tesla Edison Şirkətinin sabit cərəyan elektrik generatorlarının tamamilə yenidən
layihələndirilməsini təklif etdi. 1885-ci ildə o dedi ki, Edisonun səmərəsiz motor və
generatorlarını həm iş, həm də iqtisadi cəhətdən təkmilləşdirərək, yenidən layihəsini verə
bilər. Teslanın sözlərinə görə Edison qeyd edib ki, "əgər sən bunu edə bilsən, sənə əlli min
dollar verəcəm".Bu Edisondan qəribə bəyanat kimi qeyd edilmişdir belə ki, Edisonun
şirkətinin bu qədər pulu nağd ödəyəcək qədər imkanı yox idi. Aylarla işləyəndən sonra, Tesla
tapşırığı tamamilə yerinə yetirdi və ödəniş ilə maraqlandı. Edison dedi ki, o yalnız zarafat edib
və sonra cavab verdi: "Tesla, siz bizim Amerika yumorunu başa düşmürsüz. Bunun əvəzinə
Edison həftəlik maaşını 10$ dollardan 18$ dollara qədər artırmağı Teslaya təklif edib. Tesla bu
təklifdən imtina edir və vəzifəsini tərk edir.
Aralıq illər (1886–1899)
Tesla Edisonun şirkətini tərk etdikdən sonra, Robert Leyn və Benjamin Vale adlı iki
biznesmenlə 1886-cı ildə tərəfdaş oldu. Onlar Teslanın adını daşıyan Tesla Elektrik İşığı və
İstehsalat şirkətinin (ing. Tesla Electric Light & Manufacturing) maliyyələşdirmək üçün
razılığa gəldilər. Şirkət Tesla tərəfindən hazırlanmış işıqlandırma sistemləri əsasında
elektrik qövs lampasını yaratdı. Bu həm də ABŞ-da Teslanın tamamladığı dinamo elektrik
maşınqayırma kollektorları üçün ilk patent layihəsi idi.
Sərmayədarlar mühərrik və elektrik ötürücü avadanlığın yeni növləri üçün Teslanın
ideyalarına az maraq göstərdi və görünürdü ki, bu elektrik paylayıcı yeni sistem icad etməyə
nisbətən daha yaxşı inkişaf idi.Onlar sonda Teslanı pulsuz halda başqa yerə getməyə məcbur
ediblər. O hətta şirkətin səhmlərinə pul ayırdıqdan bəri patentlərinə nəzarəti itirdi. O müxtəlif
elektrik təmiri işlərində işləməli və hətta günlük 2$ üçün məhsulları yükləməli idi. İnsanların
sədaqətinə inanmış Tesla , "dəhşətli baş ağrıları və acı göz yaşları zamanı" 1886/1887-ci ilin
qışını bu haqda lazımınca düşündü. Bu vaxt ərzində o elminin dəyərinə şübhə ilə yanaşdı.

Dəyişən cərəyan və asinxron maşın.
1886-ci ilin sonunda Tesla Nyu York müvəkkili Çarlz Pek və Western Union şirkətinin
idarə başçısı Alfred Braunla tanış oldu. Bu iki şəxs maliyyə yardımı üçün patentlər və

ixtiralara dəstək olmaq və şirkətlərin təsis edilməsində təcrübəyə malik idilər. Teslanın
patentləri və digər ideyaları əsasında onlar maddi cəhətdən onun patentlərinə dəstək
olmaq üçün razılığa gəlmişdilər. 1887-ci ilin aprelində onlar patentlərdən əldə olunan
gəlirin 1/3-nin Teslaya, 1/3-nin Pek və Brauna, 1/3-nin isə inkişaf fonduna getməsini
razılaşdıraraq, Tesla Elektrik Şirkətinin(ing. Tesla Electric Company) əsasını
qoydular. Onlar həm də elektrik mühərriklərinin, generatorların və digər qurğuların yeni
növlərinin inkişafı və təkmilləşdirilməsi üzərində işləmək üçün Manhetten Azadlıq Küçəsi
89-da Tesla üçün laboratoriya təsis etdilər.
Teslanın predmentlərindən biri 1887-ci ildə laboratoriyada hazırlanmış, uzun
məsafəyə yüksək gərginliklə ötürmədəki üstünlüklərinə görə ABŞ və Avropada
tikilməsinə başlanan enerji sistemi nümunəsi—dəyişən cərəyanla işləyən asinxron maşın
idi. Mühərrikin dönməsi üçün maşın fırlanan maqnit sahəsi hasil edən üçfazlı cərəyan
istifadə edirdi (Tesla prinsipcə 1882-ci ildən düşündüyünü irəli sürmüşdü). Beləliklə,
qığılcımların olmaması, daima işinin yüksək səviyyədə saxlanması və mexaniki fırçaların
əvəzlənməsi kimi üstünlükləri ilə yanaşı, kollektora ehtiyac olmadan öz-özünə işə
başlayan kimi layihələndirilən bu innovativ elektrik mühərriki 1888-ci ilin mayında
patentləşdirildi.
1888-ci ildə Elektrik Dünyası jurnalının (ing. Electrical World magazine) redaktoru Tomas
Commerford Martin (dostu və publisist) Amerika Elektrik Mühəndisləri İnstitutunda
(indi İEEE) dəyişən cərəyan sisteminin, o cümlədən də asinxron maşının nümayişini
Tesla üçün təşkil etdi.Westinghouse Electric & Manufacturing Company üçün işləyən
mühəndislər Teslanın real dəyişən cərəyan mühərriki və bununla bağlı elektrik enerjisi
sisteminin olmasını Corc Vestinqauza xəbər verdilər. Vestinqauz İtalyan fiziki Qalileo
Ferraris tərəfindən 1888-ci ilin martında göstərilmiş asinxron maşın əsasında oxşar
kollektorsuz fırlanan maqnit sahəsində patentin alınmasına baxdı, ancaq qərara gəldi ki,
Teslanın patenti çox güman ki, satış bazarına nəzarət edəcək.
1888-ci ilin iyulunda Braun və Pek hər bir mühərriklə hasil olumuş hər dəyişən cərəyan at
gücünə 2.50$ icarə haqqı və səhmlərə görə ödənilən pulla birlikdə 60000$ məbləğində
Teslanın üçfazlı asinxron maşını və transformatorun layihələri üçün Corc Vestinqauz ilə
lisenziyalı saziş bağladılar. Vestinqhauz həmçinin Westinghouse Electric &
Manufacturing Company şirkətinin Pitsburq laboratoriyasında müşavir kimi 2000$-dan
(bügünkü dollarla 52,500$) çox qonararla Teslanı bir il müddətində işə götürdü.
Bu illər ərzində Tesla Pitsburqda işlədi və şəhərin tramvaylarının enerjisi üçün dəyişən
cərəyan sistemini yaratmağa kömək etdi. Tesla dəyişən cərəyan enerjisini necə daha
yaxşı reallaşdırmaq üstündə onunla və digər Vestinqauz mühəndisləri arasında ziddiyyət
səbəbindən məyus olmuşdu. Onlar Teslanın təklif etdiyi 60 dövrəli dəyişən cərəyan
sistemində qərarlaşıblar (Teslanın mühərrikinin işçi tezliyinə uyğun olmalıdır). Onlar
tezliklə tapdılar ki, Teslanın asinxron maşını yalnız sabit sürətdə işləyə bildiyinə görə, bu
sistem tramvaylar üçün işlədilə bilməz. Onlar bunun əvəzinə sabit cərəyan dartı elektrik
mühərrikindən istifadə etməyi qərara aldılar.

Cərəyanlar müharibəsi
Teslanın dəyişən cərəyan üzərində işləri Cərəyanlar müharibəsi adlanan müharibənin
əsasını qoydu. Buna kimi elektrik standartları üzərində mübarizə Tomas Edison və Corc
Vestinqauz arasında gedirdi. Vestinqauz şirkəti digərləri ilə birlikdə Teslanın patentlərini
əldə etdi və işləyib hazırladı. Bu Vestinqauza Tomas Edisonun sabit cərəyan sistemi ilə
rəqabət apara biləcək dəyişən cərəyan sistemini hazırlamağa imkan yaratdı.
1893-cü ildə Corc Vestinqauz Çikaqoda Ümumdünya sərgisində Edisonun sərgidə sabit
cərəyanla elektrikləşdirmə təklifini qabaqlayaraq, dəyişən cərəyanla elektrikləşdirmə
təklifi ilə qalib gəldi. Bu Dünya Sərgisi elektrik eksponantlarının nümayişinə həsr
olunmuşdu. Bu dəyişən cərəyan enerjisinin tarixində mühüm bir hadisə idi, çünki
Vestinqauz Amerika ictimaiyyəti üçün dəyişən cərəyanın təhlükəsiz, etibarlı və səmərəli

nümayişini göstərmişdi. Sərgidə Tesla məftilsiz qaz boşalma lampasını yandırmaq üçün
yüksək gərginlikli, yüksək tezlikli cərəyanın istifadəsi daxil olan əvvəl Avropa və
Amerikanın hər yerində həyata keçirilməsi nəzərdə tutulmuş elektrik təsirinin bir sıra
nümayişlərini göstərmişdi. Müşahidəçi qeyd edirdi:
Otaqda qalay folqa ilə örtülmüş iki sərt rezinli lövhə asıldı. Bunlar əsas naqillərin
terminalı vəzifəsinə yerinə yetirib və trasformatordan təxminən 4.5 metr aralı idi.
Cərəyan verilən zaman, lampalar işıqlanırdı. Lampalar arasında heç bir naqil
əlaqəsi yox idi, ancaq asılmış lövhələr arasında masanın üstünə qoyulmuşdu (və
ya demək olar ki, otağın istənilən hissəsində əldə saxlana bilərdi). Bunlar
təxminən iki il əvvəl Londonda Tesla tərəfindən nümayiş olunan eyni qurğular və
eyni təcrübələr idi.
Tesla həmçinin Kolumb yumurtası kimi adlanan qurğudan istifadə etməklə, necə mis
yumurtanın dimdik dayanmasını nümayiş etdirərək, asinxron maşın və fırlanan maqnit
sahəsinin prinsiplərini izah etdi. [
1892-ci ildən Edisonun şirkəti Westinghouse Electric ilə patent mübarizələri və onları
devirmək cəhdlərini planlaşdıraraq, yeni şirkət və sərmayədar Con Pirpontla General
Electric konqlomeratında birləşdi. Halbuki, 1896-cı ildə iki şirkət arasında patent pay
bölgüsü haqqında saziş imzalanmışdı. Vestinqauz hələ də maliyyə toqquşmaları üzündən
nağd pulla ödəməni bağlamışdı. Əlavə istiqrazları təmin edən Vestinqauz Teslanın
patentlərinə yenidən baxmağa məcbur oldu. Bankirlər şirkətdə maliyyə gərginliyini
müzakirə etdilər (bu məqamda Vestinqauz Tesla, Braun və Pekə qonorar və lisenziya
daxilində təxminən 200,000$ ödəyib). 1897-ci ildə Vestinqauz bütün şərtlər daxilində
Teslaya öz maliyyə çətinliklərini izah edərək deyib ki, əgər vəziyyət belə davam edərsə, o
Westinghouse Electricin idarəetməsində artıq qalmayacaq və Tesla gələcək qonorarları
yığmağa cəhd üçün "bankirlərlə sövdələşmə" etməlidir. Vestinqauz birjada Teslanın
dəyişən cərəyan patentləri üzərində lisenziyalaşdırma haqqında sazişdən öz şirkətini
xilas etməyə Teslanı inandırdı. Westinghouse Electric patentlərin alınmasını 216000$
birdəfəlik ödəmə ilə nəzərdə tutmuşdu. Vestinqauz Teslaya 60000$ nağd pul ödədi və
həmçinin də Teslaya hər at gücü dəyişən elektrik enerjisi üçün 2.50$ müəllif qonorarı
ödəməyə də razılaşdı.

Amerika vətəndaşlığı

30 iyul 1895-ci ildə 35 yaşında Tesla ABŞ-ın milli vətəndaşı oldu və Nyu-Yorkda öz
Cənub Beşinci Avenyu laboratoriyasında , daha sonra isə Hauston Strit 46-da təsdiq
edildi. O hər iki yerdə simsiz enerji ötürülməsini nümayiş etdirmək üçün elektrik
lampalarını yandırıb. Eyni ildə o, Tesla sarğacını patentləşdirdi.
Tesla 1892-ci ildən 1894-cü ilə qədər hal-hazırda İEEE kimi tanınan Amerika Elektrik
Mühəndisləri İnstitutunda (Radio Mühəndisləri İnstitutu ilə yanaşı) vitse-prezident
vəzifəsində çalışıb.
Rentgen təcrübələri

1894-сü ildən başlayaraq, Tesla əvvəlki təcrübələrdə öz laboratoriyasında zədələnmiş
fotoplyonka gördükdən sonra, "görünməyən" növlü şüalanma enerjisi üzərində
tədqiqlərə başladı (daha sonralar Rentgen şüaları kimi müəyyənləşdirildi). Onun ilk
təcrübələri soyuq katodlu elektrik yüklənnə borusu və Crokes borusu ilə olub. Bir
müddət sonra Teslanın ilk elmi tədqiqatlarının böyük qismi—yüzlərlə ixtira modelləri,

planlar, qeydlər, laboratoriya məlumatları, alətlər, fotoşəkillər, 50,000 $ məbləğində pul
1895-ci ilin martında 5-ci Avenyu laboratoriyasında yanaraq məhv oldu. The New York
Times qəzetinə müsahibəsində Tesla deyir: “Mən həddindən artıq məyusam. Mən nə
deyə bilərəm?” Tesla qaz boşalma borusunun daha öncəki növlərindən olan Geissler
borusu ilə Mark Tveninişıqlandırılmış fotoşəklini almağa cəhd edən zaman təsadüfən
rentgen təsvirlərini almışdı (1895-ci ilin dekabrında Vilhelm Rentgenin bir neçə həftəyə
rentgen şüalarının kəşfi xəbərini verməzdən əvvəl). Təsvirdə alınmış bircə şey kamera
fotoobyektivində bağlanmış metal vitn idi.
1896-cı ilin martında Vilhelm Rentgenin rentgen şüasını və rentgen şüa təsvirlərini
(rentgenoqrafiya) kəşf etdiyi xəbərini eşitdikdən sonra, öz layihəsi olan yüksək enerjili bir
terminallı vakuum borusunun inkişafı və rentgen təsvirlərində öz fərdi təcrübələrini
davam etdirdi. Tədqiq zamanı, Tesla Rentgen şüalarını almaq üçün bir neçə
eksperimental qurğu hazırladı. Tesla öz sxemləri ilə cihazın adi qurğularla mümkün ola
biləndən daha böyük güclü Rentgen şüaları hasil etməyə imkan verməsinə təsir etdi.
1901-ci il iyulun 2-də Rentgen Teslaya məktub yazır. Məktubda deyilir:
"Əziz Cənab! Siz qəribə dərəcələrdən gözəl fotoşəkillərlə məni olduqca təəccübləndirmisiniz.
Mən bunun üçün sizə çox böyük təşəkkürümü bildirirəm. Kaş ki mən bilərdim ki, siz belə
şeyləri necə edirsiniz! Xüsusi hörmət ifadəsi ilə mən sizə sadiq yanaşıram, V. K. Rentgen."
(Tesla Muzeyinin izni ilə, Belqrad, Serbiya; sənəd no. MNT, CXLIV, 152.)
Tesla vahid qovşaqlı rentgen şüaları hasil edən qurğular və öz sxemləri ilə işlərin
təhlükəli olduğunu müşahidə edib. Onun bir çox qeydlərində bu hadisənin
araşdırılmasına başlayan zaman o, müxtəlif səbəblərə görə dərinin zədələnməsini təyin
edib. O, tezliklə dəriyə zərərin Rentgen şüaları ilə əlaqədar olmadığını başa düşdü,
zədələnmələr ancaq ozonla və daha az dərəcədə nitrit turşusunun dəri ilə təmasda
olmasından yaranır. Tesla səhvən hesab etdi ki, Rentgen şüaları plazma daxilində
yaranmış dalğalar kimi uzununa dalğalardır. Bu plazma dalğaları sərbəst-qüvvəli maqnit
sahələrində yarana bilər.
Radio dalğalarla ötürmənin mümkünlüyü barədə Teslanın
nəzəriyyələri Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən Franklin
İnstitutu, Missuri ştatının Sent-Lüis şəhəri (1893) və National Electric Light
Associationdakı nümayişlər və mühazirələrə kimi gedib çıxır. Teslanın nümayişləri və
prinsipləri haqqında müxtəlif kiv vasitələrində geniş şəkildə yazılıb. Tesla Sarğacı kimi bir
çox cihazlar radionun daha da inkişafında istifadə edilmişdir.
1898-ci ildə Tesla məsafədən idarəolunan qayığı nümayiş etdirdi. (U.S. Patent
613,809 —Hərəkət edən nəqliyyat vasitələrinin nəzarət mexanizmi üçün aparat metodu)
Tesla 1896-cı ildə radio dalğa təcrübələrini yaşadığı Gerlax otelində (sonradan Radio
Dalğa binası adlandırılıb) aparıb.
1898-ci ildə Tesla Medison Meydanı Bağında (ing. Madison Square Garden) elektrik
sərgisi zamanı "teleautomaton" adlandırdığı radio idarə olunan qayığı nümayiş etdirdi. [
Bura toplaşan insanlar qayığın içərisində gizlədilmiş təlim keçmiş meymun tərəfindən
idarə olunması və telepatiya, sehrbazlıq kimi dəhşətli iddialar ilə çıxış etdilər. Tesla
məsafədən idarə olunan torpedo növü kimi ABŞ hərbçilərinə öz ideyasını satmağa
çalışdı, ancaq onlar buna az maraq göstərdi. Uzaqdan radio idarə olunma bir sıra
ölkələrin hərbi proqramlarda istifadə olunmasına kimi—birinci dünya müharibəsi və
ondan sonraya qədər də yeni bir ideya kimi qalıb. Tesla 13 may 1899-cu ildə Kolorado
Sprinqsə gedərkən, ÇikaqodaKommersiya Klubunun yığıncağı üçün nitqində bir də
“Teleautomatics”i nümayiş etdirmək imkanı əldə etdi.
1900-cü ildə elektrik ötürməsi və elektrik enerjisinin ötürmə sistemləri üçün patentlərə
maliyyə yardımı edildi. Qulyelmo Markoni 1901-ci ildə özünün məşhur birinci transatlantik
radio ötürməsini hazırlayanda, Tesla istehza ilə deyib ki, bu 17 Tesla patenti ilə edilib. Bu

1902-cü ildə Teslanın patentlərinin təsdiq olunması, ardınca isə 1904-cü ildə Markonin
lehinə qərarın dəyişilməsi ilə radio üzərində patent mübarizəsinin başlanması idi. 1943-cü
ildə Birləşmiş Ştatların Ali Məhkəməsi qərarla Tesla, Con Stoun və Oliver Locun əvvəlki
patentlərini bərpa etdi. Məhkəmə bildirib ki, onların qərarının ilk radio ötürücünü əldə
etmək kimi Markoninin iddiasına heç bir aidiyyəti yoxdur, sadəcə müəyyən patentlər
üçün Markonin iddiası şübhəli olandan bəri , o həmin patent hüquqlarına iddia edə
bilmədi.
Kolorado Sprinqs
Milyonlarla volt hasil edən özünün laboratoriyasında "Böyüdücü ötürücüsünün" yanında
oturan Teslanın çoxsaylı ekspozisiya ilə əldə edilmiş şəkli ( Century Magazine jurnalının
fotoqrafçısı Dikinson tərəfindən Kolorado Sprinqsdə yaradılmış 68 şəkildən biri). 7 metr
uzunluğunda olan qövslər normal əməliyyatın bir hissəsi deyildi və elektrik açarını
sürətlə dövr etdirməklə nəticə üçün yaradılmışdı.
17 may 1899-cu ildə Kolorado Sprinqsə köçdü və tezliklə burda onun yüksək tezlikli və
yüksək gərginlikli təcrübələri aparmaq üçün otağı oldu. Onun lobarotoriyası Foot Avenyu
və Kirova küçələrinin yaxınlığında yerləşirdi. Onun lobarotoriyasını bu yerdə seçməsinə
səbəb bütün enrjiyə olan təlabatını təmin edəcək köməkçi birləşmələrin burada olaması
idi. O, üçfazlı dəyişən cərəyan enerji paylaşdırıcı sistemini burada təqdim etmişdi.
Məruzələrində birdirib ki, o bura gəldikdən sonra Payks Pikdən Parisə siqnalların
ötürülməsi , simsiz teleqrafiya eksperimentlərini aparır.Kalorado Sprinqs Qeydləri 1899-
1900 (ing. Colorado Springs Notes, 1899–1900) kitabında Nikola Teslanın buradakı
təcrübələri təsvir olunur.
Lampalardan 18 metr aralıda olan generatordan elektrodinamik induksiya vasitəsilə
enerjinin qəbul edilməsi ilə 3 işığın əks olunduğu Kolorado Sprinqsdə çəkilmiş digər bir
fotoşəkil (onlar nümayiş etdirilmək üçün binadan kənarda torpağın üzərində
yerləşdirilmişdi və heç bir enerji mənbəyi ilə əlaqəsi yox idi).
1899-cu il 15 iyunda Tesla öz Kolorado Sprinqs lobarotoriyasında birinci təcrübələrini
apardı. O, beş düyüm uzunluğunda ilk qığılcımları qeydə aldı, ancaq onlar çox xırıltılı və
səs-küylü idi.
Tesla öz qəbulediciləri vasitəsilə ildırım siqnallarını müşahidə edərək, atmosfer elektrik
enerjisini tədqiq etmişdir. Tesla bəyan edib ki, bu müddət ərzində o stasionar dalğaları
müşahidə edib.
Tesla 135 fut uzunluğuna qədər və milyonlarla voltdan ibarət boşalmalar ilə süni ildırım
yaratdı. Buraxılmış enerjiyə əsasən, şimşək Kripple Krikdən 15 mil aralıda eşidildi. Küçə
boyu gəzişən insanlar torpaq və ayaqları arasında atılan qığılcımları müşahidə etdilər.
Qığılcımlar toxunan zaman su xətti kranlarından sıçradı. Elektrik lampaları
lobarotoriyanın 100 fut məsafəsində işıldayandan sonra söndü. Sabit geyimdə atların
metal ayaqlarının (nallar) içərisindən təkanlar keçəndən sonra parterdən qorxub qaçmağa
başladılar. Kəpənəklər qanaqlarının ətrafında Müqəddəs Elmo atəşinin mavi şəfəqli
dairələri üzrə burulğanlaşma ilə elektikləşdi.
Təcrübə apararkən Tesla təsadüfən elektrik şəbəkəsində qəzanın baş verməsi
səbəbindən elektrik stansiyası generatorunu zədələyib. Tesla hadisənin Elektrik
Eksperimentatorunda baş verdiyini izah etdi: "Yüksək tezlik enerjisinin bir neçə yüz
kilavatı ilə nümunə kimi işlər görülüb. Məlum olub ki, elektrik damındakı dinamolar altı
mil aralıda onlarda yaranan güclü yüksək tezliyə və izolyasiyanın dağılması, sarğılar
vasitəsilə ağır nəticələnən qığılcımlara görə bir neçə dəfə yanıb!"

Göstərilən "qəbuledici" sarğı ötürücü sarğı ilə rezonansa köklənib. Tesla ötürücünün
enerjini nə qədər uzaq məsafəyə ötürdüyünü açıqlamayıb.
Laboratoriya dövründə öz qəbuledicisi ilə Tesla qeyri-adi siqnallar müşahidə edib. O, bu
siqnalların başqa planetdən ola bilməsi nəticəsinə gəldi. Tesla 8 dekabr 1899-cu ildə The
North American qəzetinin müxbiri Culian Qotorna məktubunda bunları qeyd edib və 1900-
cü ilin dekabrında Qırmızı Xaç Cəmiyyəti iyirmi birinci əsrin mümkün tapıntıları haqqında
məktubda başqa bir dünyadan xəbər verən "1… 2… 3…" məlumatlarına istinad
edib. Jurnalistlər sensasiyalı əhvalat kimi bundan bəhs ediblər və
Teslanın Marsdan siqnallar eşitdiyi nəticəsinə gəliblər. Tesla 9 fevral 1901-ci ildə Collier's
Weekly jurnalının "Planetlərlə söhbət" məqaləsində qeyd edir ki, bu siqnallar ona dərhal
aydın olmadı, o Mars, Venera və digər bir planetdən bu siqnalların gəlməsini və "ağıllı bir
şəkildə idarə olunan siqnallar" eşidib. Belə bir hipotezis irəli sürüldü ki, Tesla 1899-cu ilin
iyulunda Markoninin Avropa təcrübələrinin qarşısını kəsə bilər. Markoni hərbi nümayişdə
Kolorododa Teslanın eşidib başa düşdüyü üç eyni impulslu S məktubunu
(nöqtə/nöqtə/nöqtə) göndərə bilərdi. Həmçinin siqnalların simsiz ötürmədə digər bir
eksperimentatordan olması da fərz edilir
1899-cu ildə Con Yakob Astor VI yeni işıq sistemlərinin yaradılması və əlavə inkişafına
görə Tesla üçün $100,000 sərnayə ayırdı. Tesla Kolorado Sprinqs təcrübələrində ayrılmış
vəsaitdən istifadə etdi.
7 yanvar 1900-cü ildə Tesla Kolorado Sprinqsi tərk etdi. Onun laboratoriyası 1904-cü ildə
söküldü və onun tərkibləri iki il sonra borc razılaşmasına görə satıldı.
Koloroda təcrübələri Lonq Aylend, Şoreham axınlığındakı Vordenkliff kimi tanınan trans-
Atlantik simsiz telekommunikasiya texniki qurğularının yaradılması üçün Teslanı
hazırlamışdı.
Vordenkliff illəri (1900–1917)

1900-cü ildə 150,000 $-la (indiki dollarla 4,252,200 $, 51%-i Con Pirpont Morqandan)
Tesla Vordenkliff qülləsi mexanizmini planlaşdırmağa başladı.
Naqilsiz ötürücülü Tesla sarğısı
U.S. Patent 1.119.732
Tesla sonra daha güclü ötürücünün tikintisinə görə daha çox vəsait istəmək üçün
Morqana yaxınlaşdı. Morqan bütün pulların hara getdiyini soruşanda, Tesla cavab
olaraq bildirb ki, onun (Morqanın) səbəb olduğu 1901-ci il Çaxnaşması buna öz
təsirini göstərib. Morqan daha çox maliyyə vəsaiti istəməklə Teslanın müqaviləni
pozması və fond bazarı iflasının xatırladılması ilə sarsılıb. Tesla Morqana daha bir
dəfə müraciət məktubu yazsa da, ancaq bu müraciət də nəticəsiz qalıb. Morqanın hələ
də ilkin sazişə görə Teslaya pul borcu olub və hətta Tesla tikinti işlərindən əvvəl
tənbehlə də üzləşmişdir.
1901-ci ilin dekabrında Markoni müfəvvəqiyyətlə İngiltərədən Nyufaundlendə S
məktubunu göndərdi. Növbəti beş il ərzində Tesla Vordenkliffin tikintisinin
tamamlanması üçün əlavə maliyyə vəsaitinə ehtiyac tələb olunduğunu üçün Morqana
50-dən çox məktub yazdı. Tesla daha doqquz ay layihəni davam etdirdi. Qüllənin tam
hündürlüyü 57 m idi. 1903-cü ilin iyulunda Tesla Morqana yazdı ki, naqilsiz rabitə
üçün əlavə Vordenkliff qülləsi elektrik enerjisinin naqilsiz ötürülməsini yerinə yetirə
bilər. 1904-cü il oktyabrın 14-də Morqan nəhayət katibi vasitəsilə ona cavab yazdı,
sitat: "Bu işdə nə isə etmək mənim üçün qeyri-mümkün olacaq." Tesla bu məktubu
Morqana maliyyəçi Kanterberi Arxiyepiskopu ilə görüşən zaman qəsdən yazmışdı. [100]

Teslanın 1904-cü ildə Lonq Aylənddə tikilmiş Vordenkliff zavodu. Bu qurğudan
istifadə etməklə Tesla elektrik enerjisinin Atlantik üzərindən simsiz ötürülməsini
nümayiş etdirməyə ümid edirdi.
1902-ci ildə Teslanın laboratoriya fəaliyyətləri Hyuston stritdən Vordenkliffə köçdü
1906-cı ildə 50 yaşında Tesla özünün 200 at gücündə hər dəqiqədə 16,000 dövr
edən turbinlərini nümayiş etdirdi. 1910-1911- ci il ərzində Nyu Yorkda Sahil Elektrik
Stansiyasında onun turbin mühərriklərinin bir neçəsi 100–5,000 at gücündə sınaqdan
keçirildi.
Tesla buxar güclü mexaniki generatoru kəşf etdi. Hyuston strit laboratoriyasında
mexaniki generator ilə təcrübələr apararkən Tesla guya bir neçə binada rezonans
yaratmışdı. Sürətin artması səbəbindən Tesla qeyd edirdi ki, maşın öz evinin rezonansı
tezliyində rəqs edib və təhlükə yaranmağa başlayıb. Təcrübəni sona çatdırmaq üçün o
çəkicdən istifadə etməyə məcbur oldu, elə bu zaman polis də gəlmişdi. 1912-ci ilin
fevralında bir məqalə — Allan Benson tərəfindən "Nikola Tesla, Xəyalpərəstlik"
məqaləsi World Today qəzetində nəşr olundu. Bu məqalədə rəssamın çəkdiyi
illustrasiyada bütöv Yer kürəsi təsvir olunur, ancaq yarısı çat formasındadır. Buna belə
izah verilirdi: "Tesla iddia edir ki, o bir neçə həftə ərzində vibrasiya vəziyyəti ilə yerin
qabığını dəyişdirə bilər. Yəni yer qabığı qalxa da bilər və ya yüzlərlə fut düşə bilər, bu isə
demək olar ki, sivilizasiyanın məhvi deməkdir. Bu prosesin davamı olaraq o qeyd edir ki,
nəticədə yer iki hissəyə parçalana bilər.
Tesla nəzəri mülahizələr yürüdürdü ki, beyinə elektrikin tətbiqi intellekti artırır. 1912-ci
ildə o yüksək tezlikdə kiçik elektrik dalğalarının vibrasiyasının sinif otağına
hopdurulması və sinif otağının divarlarının elektrik kabelləri ilə başa düşülməyən
şəkildə hopdurulması ilə qabiliyyətsiz şagirdlərdən parlaq bir şagird etmək planı
hazırlamışdı. Beləliklə bütün otaq Teslanın iddia etdiyi kimi elektromaqnit sahəsi
stimullaşdıran sağlamlıq verən bir otağa çevriləcəkdi. Bu plan Nyu York şəhəri
məktəblərini idarə edən Uilyam Maksvel tərəfindən ən azı müvəqqəti də olsa
təsdiqlənmişdi.
Birinci dünya müharibəsindən əvvəl , Tesla xarici ölkələrdən maliyyəçilər axtarmağa
başladı. Müharibə başladıqdan sonra Tesla Avropa ölkələrində onun patentlərindən
gələn maliyyə vəsaitini itirib. Nəhayət Tesla Vordenkliffi 20,000 $-a satdı. 1917-ci ildə
Vordenkliff qülləsi Boldt tərəfindən daha həyat qabiliyyətli daşınmaz əmlaka torpaq
vermək üçün dağıdıldı. Tesla 1916-cı ildə Amerika Elektrik Mühəndisləri İnstutunun
ən yüksək dərəcəsi olan Edison medalı ilə təltif olundu.
1917-ci ildə Elektrik Eksperimentatoru jurnalının avqust sayında Teslanın postulat
kimi elektrikin lüminessensiya ekranında görülən siqnalları ilə böyük tezlikli elektrik
şüalarının əks etməsindən istifadə vasitəsilə sualtı qayıqların yerini tapmaq üçün
istifadə oluna bilməsini qəbul etməsi baradə məlumat verilib (bu sistem
müasir radarlar ilə səthi oxşarlığa malk idi). Tesla öz gümanında yanılmamışdı,
yüksək tezlikli dalğlalar suya nüfuz edə bilərdi.
Nobel mükafatı şayiələri
6 noyabr 1915-ci ildə Reuters informasiya agentliyi Londondan olan məruzəsində
bildirib ki, Fizika üzrə Nobel Mükafatına bu il Nikola Tesla və Tomas Edison layiq
görülüb. Lakin 15 noyabrda Reuters Stokholmdan olan xəbərində "Rentgen şüalarının
köməyilə kristalın quruluşunun təhlilindəki xidmətlərinə görə" Ser Uilyam Henri
Breqq və Uilyam Lorens Breqqin Fizika üzrə Nobel mükafatına layiq görüldüyünü
bəyan edib. Tesla və Edison mükafatdan imtina etməsi haqqında o vaxtlarda əsassız
şayiələr var idi. Nobel fondundan bildirilib ki,
Onun mükafatdan imtina etmək niyyəti məlumdursa, o şəxsə Nobel mükafatı

verilməmişdir. Odur ki, bu haqda istənilən şayiə gülməlidir.
Belə ki, o qalib olunduqdan sonra Nobel Mükafatını yalnız alan şəxs rədd edə bilər.
Teslanın bioqrafları tərəfindən sonra iddialar var ki, Tesla və Edison Nobel mükafatını
1915-ci ildə ilk layiq görülənlər idi. Ancaq onlar arasında düşmənçilik münasibəti
olduğundan mükafat nə Teslaya, nə də Edisona verilib. Hər kəs mükafatı qazanmaq
üçün digər nailiyyətlərini və haqlarını minimuma endirməyə çalışırdı. Əgər başqaları
mükafatı birinci qəbul etsəydi, hər ikisi mükafatı qəbul etmək üçün heç vaxt imtina
etməzdi. Belə ki, hər ikisi makafatı paylaşmağın hər hansı bir mümkünlüyündən
imtina edib. Hətta Teslanın 20000 $ pul mükafatını qazanmaması üçün daha imkanlı
olan Edison bu mükafatdan imtina edib.
Bu söz-söhbətlərdən illər sonra , nə Tesla nə də Edison Nobel mükafatı qazanıb
(baxmayaraq ki, Edison 1915-ci ildə mümkün 38 tender təklifinin birini və Tesla 1937-
ci ildə mümkün 38 tender təklifinin birini aldı).
Sonrakı illər (1918–1943)
Tesla 1919-1922 –ci illər ərzində Miluokidə maşın istehsalçısı Allis-Chalmers də
işləyib.
1928-ci ildə Tesla adi təyyarə kimi uçana qədər uçuş zamanı "tədricən qaldırıcı
qurğularının manipulyasiyası vasitəsilə meyl edə bilən" və şaquli uçuş etmə
qabiliyyətinə malik biplan üçün sonuncu U.S. Patent 1.655.114 patentini alıb. Tesla
fikirləşirdi ki, təyyarəni 1000 dollardan daha az qiymətə sata bilər. Təyyarənin güman
ki, qeyri-praktik olmasına baxmayaraq, bu təyyarə rotorunda turbin mühərriklərin
istifadəsi üçün ilk təklifli və eləcə də qaldırıcı rotorlu və qaldırıcı qanadlı
konsepsiyaya üçün ilk tanınan layihə ola bilərdi.
1934-cü ilin başlanğıcında, Vestinqauz Elektrik İstehsalı Şirkəti (ing. Westinghouse
Electric & Manufacturing Company) hər ay Teslaya 125 dollar ödəməyə və eləcə də,
Nyu Yorker otelində qalmaq haqqını ödəməyə başladı. Şirkət həmçinin Teslanın
həyatının qalan hissəsinin xərclərini də ödəyə bilərdi. Bunun necə baş verməsi
haqqında məlumatlar müxtəlifdir. Bir sıra mənbələr bildirirlər ki, Vestinqauz keçmiş
ulduz ixtiraçının mövcudluğu altında yoxsul vəziyyətin əhatə etdiyi potensial pis
təbliğata görə narahat olurdu. Teslanın sədəqə qəbul etməyə nifrəti olması səbəbiylə,
bu, "konsaltinq ödənişi" şəklində təqdim edilmiş, və ya alimin biroqraflarından birinin
(Mark Seyfer) qeyd etdiyi kimi, məxfi hesablaşma kimi göstərilmişdir.
1935-ci ildə illik ad günü şənliyində müsahibəsində Tesla yeraltı faydalı qazıntı
yataqlarının dəqiq yerləşdiyi yerin müəyyən edilməsi və yeni ünsiyyət vasitəsi üsulu
ilə bağlı hər hansı yerüstü məsafə üzərindən minimum itki ilə mexaniki enerji
ötürülməsi qaydasını elan edib.
1937-ci ilin payızında gecə yarısından sonra Tesla göyərçinləri yemləmək üçün
kitabxanaya və ardınca kilsəyə getmək üçün Nyu Yorker otelini tərk edib. Otelin
məhəllərindən bir neçəsinin küçəsini keçərkən hərəkət edən taksini keçə bilməyib və
maşın onu vurub yerə aşırdıb. Teslanın kürəyi ağır bir şəkildə zədələnmişdi və qəza
zamanı onun üç qabırğası sınmışdı. (aldığı yaraların tam miqyası heç vaxt məlum
olmadı, Tesla demək olar ki, ömrü boyu adət etdiyi kimi həkimlə məsləhətləşməkdən
imtina edib). Tesla günahkar barəsində heç bir məsələ qaldırmayıb və tibbi yardımdan
imtina edib, yalnız taksi vasitəsilə mehmanxanaya götürülməsini xahiş edib. Tesla bir
neçə ay yataq xəstəsi oldu və pəncərəsindən göyərçinləri yedizdirməyi davam etdirə
bilmədi. 1938-ci ilin əvvəllərində Tesla nəhayət ayağa qalxa bilib. O dərhal daha çox
məhdud miqyasda gəzərək göyərçinləri yemləməyi davam etdirdi, ancaq tez-tez onun
üçün göndəriş aktı alırdılar.
İstiqamətləndirilmiş enerji silahı

Həyatının sonrakı illərində Tesla Van de Qraff generatorunu öyrəndikdən sonra,
"teleforce silahı ilə bağlı iddiaları ilə çıxış etmişdir. Mətbuat dəyişkən olaraq
bunu ölüm şüası və ya "sülh şüası" adlandırır. Tesla bu silahı yerüstü piyada
əleyhinə və ya zenit məqsədlər üçün istifadə etməyə qadir bir silah kimi
xarakterizə edib.
Tesla hissəciklərin atəş əməliyyatı ilə bağlı aşağıdakı təsvirini verir.
Ucluğa böyük enerji kimi çoxlu hava vasitəsilə hissəciklərin cəmləşmiş
şüaları göndərəcək, onlar hazırkı ölkə sərhəddindən 200 mil məsafədə
10000 düşmən təyyarəsinin hava donanmasını vurub yerə salacaq və öz
izləri ilə orduların məhvinə səbəb olacaqdır.
Ümumilikdə, silahın tərkibinə və üsullarına aşağıdakılar daxildir:
 Yüksək vakuum əvəzinə sərbəst havada enerji hasil edən aşkara çıxmalar
üçün aparat
 Böyük elektrik qüvvəsi almaq üçün mexanizm
 İkinci mexanizm ilə böyüdülmüş qüvvənin gücləndirilməsi və
intensivləşdirilməsi yolu
 Hasil olunan böyük elektrik qüvvəsini dəf etmək üçün yeni üsul. Bu üsul
ixtiranın silah və ya proyektoru ola bilərdi. [128][129][130]
Tesla 1900-cü illərdən ölənə qədər istiqamətləndirilmiş enerji silahının planları
üzərində işləyib.
1937-ci ildə onun şərəfinə verilən naharda ölüm şüası ilə bağlı, Tesla bildirib:
"Amma bu eksperiment deyil … Mən bunu yaratmışam, nümayiş etdirmişəm və
istifadə etmişəm. Ancaq bir qədər zaman keçəndən sonra bunu dünyaya verə
bilərəm." Onun hesabatları göstərir ki, qurğu yüksək gərginlik vasitəsilə
sürətləndirilmiş kiçik volfram kürəciklərinin dar axınına əsaslanır
(özünün böyüdücü ötürücüsünə oxşar olan üsul ilə).
Eyni il ərzində Tesla yüklənmiş hissəcikli şüa silahları ilə bağlı "Təbii media
vasitəsilə enerjinin cəmlənmiş qeyri-dispersiya layihəsinin incəsənəti" (ing. The
Art of Projecting Concentrated Non-dispersive Energy through the Natural Media)
adlı traktat yazdı. Tesla bütün müharibəyə son qoya biləcək super silahın texniki
təsvirini aydınlaşdırmaq üçün təşəbbüslə sənəd dərc etdirib. Bu traktat
hazırda Belqradda Nikola Tesla Muzeyinin arxivindədir. Bu milyonlarla volt
zərrəciklərin yüklənməsi və yönəldilmiş qeyri-dispersiya hissəciklərinin axını və
yaradılması üsulu ilə (elektrostatik itələmə vasitəsilə), hissəciklərə çıxmağa imkan
verən qaz axını plompu ilə açıq tipli vakuum borunu təsvir edir. Tesla ikinci dünya
müharibəsi zamanı təxminən 300 mil məsafədən təyyarələri vurub yerə sala
biləcək belə bir silahı ABŞ Müdafiə Nazirliyinə, Birləşmiş Krallığa, Sovet İttifaqına
və Yuqoslaviyaya satmağa cəhd edib.
Danışıqların aparıldığı dövrdə Tesla bildirib ki, ixtiranı oğurlamağa səy göstərilib.
Onun otağına daxil olub və sənədləri diqqətlə araşdırıblar, ancaq oğru və ya
casuslar evi əliboş tərk edib. Tesla bildirib ki, o vaxt olmadığından silahın bir
hissəsini kağıza köçürmədiyinə görə onun ixtirasının oğurlanması üçün heç bir
təhlükə yoxdur. Teleforce silahının layihəsi bütünlüklə onun şüurunda idi.
Ölümü
Tesla 86 yaşında 7 yanvar 1843-cü ildə Nyu Yorker Otelinin 3327-ci otağında vəfat
etdi. İki gün əvvəl Tesla qapıya əhəmiyyət verməyərək "narahat etməyin" nişanı
qoymuşdu. Onun meyiti sonradan Teslanın otağına daxil olarkən qulluqçu Alisa
Monaxan tərəfindən tapılıb. Tibbi ekspert köməkçisi H.W. Wembly Teslanın

bədəninə baxdıqdan sonra qərar çıxarıb ki, ölümə səbəb koronar tromboz olub.
Teslanın meyiti Medisonda Frank E. Kempbel Dəfn Evinə yerləşdirilib. Teslanın
köhnə dostu və tərəfdaşı Huqo Qernsbeq ölüm maskasının yaradılması üçün
heykəltəraşa tapşırıq vermişdi. Həmin maska bu gün Nikola Tesla Muzeyində
nümayiş olunur.
İki gün sonra FTB Tesla Amerika vətəndaşı olmasına baxamayaraq, Teslaya
məxsus əşyaları müsadirə etmək üçün Xarici Əmlak İdarəsinə göstəriş verdi. Nyu
Yorker Oteli və digər Nyu York şəhərinin otellərindən Teslanın bütün əmlakı Xarici
Əmlak İdarəsinin möhürü altında Manhattan Storage and Warehouse Companyə
daşındı. MİT professoru və Milli Müdafiə Tədqiqatları Komitəsi üçün texniki
köməkçi kimi yaxşı tanınan elektrik mühəndisi Con Corc Tramp Xarici Əmlak
İdarəsinin mühafizəsi altında Teslanın əşyalarını analiz etmək üçün çağırıldı. Üç
gün davam edən araşdırmalardan sonra Tramp bu qənaətə qəlib ki, təhlükə
yaradacaq heç nə yoxdur. Sitat:
Ən azı son 15 il ərzində Teslanın fikirləri və səyləri ilk növbədə enerjinin
simsiz ötürülməsi və istehsalı ilə tez-tez əlaqəli olan spekulyativ, fəlsəfi
və bir az reklam xarakteri barəsində idi; amma bu nəticələrə nail olmaq
üçün yeni, sağlam, işlək prinsiplər və metodlar daxil etməmişdi.
Teslanın "ölüm şüası" hissəsini saxlamaq üçün nəzərdə tutulan qutuda Tramp 45
illik müqaviməti dəyişilə bilən qutu tapmışdı.
10 yanvar 1943-cü ildə Nyu-Yorkun meri Forello La Quardiya "Ave Maria" və
"Tamo daleko" musiqilərinin fonunda WNYC radiosunda canlı yayım zamanı
Sloveniya əsilli Amerikalı yazıçı Luis Adamiç tərəfindən yazılmış mədhiyyəni
oxudu. 12 yanvarda Müqəddəs Con İlahi Kilsəsində Teslanın dəfn mərasimində
2000 insan iştirak etdi. Dəfn mərasimindən sonra Teslanın meyiti Ardslidə
yerləşən Fernkliff Qəbiristanlığına aparılıb və burada yandırlıb. Növbəti gün ikinci
dəfn xidməti Nyu-Yorkda Müqəddəs Sava Serb Pravoslav Kilsəsinin tanınmış Serb
keşişləri tərəfindən aparılıb.

Mülk
1952-ci ildə Teslanın bacısı oğlu Sava Kosanoviçin təzyiqi ilə Teslanın bütün
əmlakı 80 sandıqda N.T. nişanı ilə gəmi vasitəsilə Belqrada göndərilib. 1957-ci ildə
Kosanoviçin katibi Şarlotta Muzar Teslanın külünü ABŞ-dan Belqrada
göndərdi. Kül hal-hazırda mərmər postament üzərində Nikola Tesla Muzeyində
qızıl suyuna salınmış sferada nümayiş olunur.
Onun dəyişən cərəyan elektrik patentlərinin satılmasına baxmayaraq, Tesla borc
və yoxsulluq içində dünyasını dəyişib.
Patentlər
Tesla ixtiralarına görə təxminən 300 patent alıb. Teslanın patentlərinin bəziləri
nəzərə alınmayıb və müxtəlif mənbələr patent arxivlərində gizli yatan bəzi
patentləri aşkar ediblər. İzah üçün qeyd etmək olar ki, Teslanın 26 ölkədə
buraxılmış ən azı 278 patenti var. Teslanın patentlərinin çoxu ABŞ, Britaniya
və Kanadadadır, ancaq bir çox digər patentləri bütün dünyada ölkələrində
təsdiqlənib. Tesla tərəfindən kəşf olunmuş bir çox ixtiraya patent himayəsi
qoyulmayıb.

social position

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *