Kabelin ixtirası

Kabelin ixtirası

Kabel, ilk olaraq yüngül kabel olaraq istifadə olunmağa başladı. Tarixin 1842-ci ili göstərdiyi zamanlarda ixtira edilməsi ilə təkmilləşdirilməyə başlanmışdır. İlk dəfə 1884-cü ildə Collandon tərəfindən hazırlanan bir məqalədə kabellər barədə məlumatlar öz əksini tapmışdır.

Bəs kabel necə ixtira olundu?

Ümumiyyətlə rabitədə “işıq sistemi” çox qədim zamanlardan istifadə olunur. Buna ilk örnəyi qızıldərililərin yanan ocaqların dumanı vasitəsilə xəbərləşməsini örnək göstərmək olar. 18ci əsrin sonlarına baxdığımızda  isə Avropa ölkələrində semofer adı verilən işarə siqnallarından istifadə olunaraq optik telegraf sistemi istifadə olunmağa başlanmışdır.

İşıq sistemini rabitədə istifadə etmək çox köhnə bir ixtiradır. A. Graham Bell səs siqnallarını işıq vasitəsilə ötürən cihazları yaratmaq üçün çalışırdı. Lakin, bu cəhdlər  hava şəraiti səbəbindən tamamlana bilmədi.

1870-ci illərdə ingilis fizikçi John Tyndall, axar suyun yansımalarından ilhamlanaraq işığın da ötürülməsinin mümkün olacağını düşünmüşdür və daha sonra bunu sübut etməyə nail olmuşdur. Bunun üzərinə 1960-cı ilə qədər sınaqlar keçirilərək müxtəlif nailiyyətlər əldə edilmiş və günümüzdə istifadə edilən müxtəlif növ kabellərin əsası qoyulmuşdur. Bu inkişaf mərhələlərini isə aşağıdakı formada verə bilərik:

1880-ci ildə Aleksandr Graham Bell   Photophone adlı çalışmasında səsin Fotofonda (işıq dalğalarında) olduğunu ifadə etdi.

1958-ci ildə Leserin kəşfi Nobel mükafatı ilə qiymətləndirildi.

1966-ci ilə gəlindiyində Charles Kao müasir kabellərdə şüşə fiber sisteminin istifadə olunmasını mümkün etdi.

1870, 1972, 1983, 1987, 1990, 1997, 2000-ci ilə qədər bu sistemlər inkişaf etdirilmək üçün çox səylər göstərildi. Keçmişdən bu günə bir çox kabel tipi ixtira edildi. Onların sayəsində, evlərdə, iş yerlərində, yüksək binalarda, ev telefonlarında və ağlınıza gələ biləcək hər yerdə müxtəlif növ kabellər istifadə olunur. İndi isə ən çox danışılan fiber kabellərdir. Bu günə gələn texnologiya içində artıq elektrik və kabel həyatımıza yaxşıca yerləşdi və olmazsa olmazlarımız arasına qatıldı. Zaman keçdikcə, ixtiralar yaşayış şəraitini yaxşılaşdırmağa davam edəcəkdir.

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *